Valideynlər uşaqlarına həmişə yaxşı tərbiyə və təhsil vermək arzusundadırlar.
Lent.az-ın məlumatına görə, bəzən valideynlər arasında belə bir fikir formalaşır ki, uşağı yeni tədris ilinə hazırlamaq lazımdır.
“Oğlumuz və ya qızımızla gələn ilin kurrikulumini öyrənməyə başlamalıyıq. Onda uşağım sinif yoldaşlarını qabaqlayacaq”, - deyə fikirlər səsləndirirlər.
Ancaq bu irəliləmə xoşagəlməz nəticələrə səbəb ola bilər.
Niyə uşağınızı yayda oxumağa məcbur etməməlisiniz?
Bildiyiniz kimi, iyun, iyul və avqust ayları məktəblilərin yay tətilidir. Bu dövrdə uşaq istirahət etməlidir. Çünki əlavə stressə ehtiyac yoxdur.
Uşağınızı çoxlu yükləməyi dayandırmaq lazımdır. Üstəlik, yayda məktəblilərin başqa alternativi var. Belə ki, onlara sinifdənkənar oxumaq üçün ədəbiyyat siyahısı hazırlayın.
Həmçinin, uşaqlar yay tətilində qarşıdakı ilin dərslərini öyrənməyə çalışsa, şübhəsiz ki, sentyabrda oxumağa marağını itirəcək.