Aeroport yolunda QƏZA   – Tıxac yarandı
06 iyul 2024 14:05 (UTC +04:00)

Aeroport yolunda QƏZA – Tıxac yarandı

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Bununla yanaşı, digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən şosenin hər iki istiqamətində bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Sevinc Fərid

Oxşar yazılar