Şəkidə DƏHŞƏT:  qan qusan məktəbli öldü - YENİLƏNİB
19 mart 2024 14:08 (UTC +04:00)

Şəkidə DƏHŞƏT: qan qusan məktəbli öldü - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəkidə 13 yaşlı yeniyetmənin xəstəxanada vəfat etməsi barədə açıqlama verib.

Lent.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, ötən gün saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub:

“Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb”.

Bildirilib ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb.

***

18 mart, saat 22:05

Şəkidə 13 yaşlı oğlan ölüb. 

Lent.az xəbər verir ki, Şəki şəhər sakini Məmmədov Tunar Asim oğlu ağız və burundan hemarogen qanaxmadan ölüb. 

Araşdırma aparılır.

# 4752
avatar

Oxşar yazılar