Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən Lent.az-a bildirilib ki, nazirliyin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Qeyd edilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Saat 21:40
Şəkidə baş verən qəzada ölən şəxslər bir ailənin üzvləridir.
Lent.az-ın məlumatına görə, qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının (şəxsiyyəti hələ dəqiqləşdirməyib) meyitləri aidiyyati üzrə təhvil verilib.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin (qəza zamanı ölən uşaqların anası) FHN-nin Şəki Rayon DYMH-nin xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
***
Saat 21:05
Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 20:33
Şəkidə ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.
Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.
İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.