Şəkidə bir gecədə iki nəfər intihar edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, intihar hadisələrinin birincisi iyulun 23- ü saat 22 radələrində Şəki şəhəri, Yunuslar küçəsində baş verib. 1962-ci il təvəllüdlü Akif Şövkət oğlu Cabbarov yaşadığı ünvanda intihar edib.
İkinci intihar hadisəsi isə 24 iyul gecə saat 03 radələrində şəhərin M.Hacıyev küçəsində baş verib. 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov yaşadığı ünvanda intihar edib.