Səhhətində problem olan sürücü qəza törətdi, ölən var
11 yanvar 2025 10:26 (UTC +04:00)

Səhhətində problem olan sürücü qəza törətdi, ölən var

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.

Lent.az xəbər verir ki, yol polisi müraciətində səhhətində problem olan sürücülərdən sükan arxasında əyləşməməyi tövsiyə edib:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir.

Səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən  keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.

Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079

Oxşar yazılar

Sumqayıtda ər arvadını  boğub öldürdü

Sumqayıtda ər arvadını boğub öldürdü

13 fevral 2025 , 02:24
Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların  üstünə atdılar -VİDEO

Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların üstünə atdılar -VİDEO

13 fevral 2025 , 01:32
Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33