Gəncədə pirotexniki vasitələrdən istifadə edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, dekabrın 28-i axşam saatlarında şəhər sakinləri T. Haqverdiyev, Y. Cəfərov və İ. Əliyev meydanların birində pirotexniki vasitələr istifadə edərək ictimai asayişi pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olublar. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları onları saxlayaraq 1-ci Polis Şöbəsinə gətirib.
Polis şöbəsində həmin şəxslərlə profilaktiki söhbət aparılıb, onlara pirotexniki vasitələrdən istifadənin qadağan və təhlükəli olduğu bildirilib, barələrində inzibati tədbir görülüb.
Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində pirotexniki vasitələrin satışı və istifadəsinə qarşı anoloji monitorinqləri davam etdirir. Vətəndaşlardan xahiş olunur ki, bu tip vasitələrdən istifadə etməsin, özlərinin və digərlərinin sağlamlığını təhlükəyə atmasınlar.