Saxta spirtli içkilər
22 iyun 2021 12:05 (UTC +04:00)

Saxta spirtli içkilər

Saxta spirtli içkilər hazırlayan dəstə tutuldu-VİDEO

Gəncə və Şəmkirdə saxta spirtli içki hazırlayan sexlərdə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində müəyyən olunub ki, Şəmkir rayon sakinləri Vaqif Əhmədov və oğlu Nicat Əhmədov Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırlayıblar. Daha sonra bu şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Gəncə və Şəmkir şəhərlərində adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sex və anbarların fəaliyyət göstərdiyi ünvanlara da baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, boş şüşə qablar, keyfiyyətsiz, istifadəyə yararsız saxta spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün də olduqca təhlükəlidir.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri olan Vaqif Əhmədov, Orxan Quliyev və Bəxtiyar Əzimzadə barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması, habelə, təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sonda qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra  davam etdirəcəkdir.

Saxta spirtli içki hazırlayan dəstə ifşa edildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2380

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15