Şamaxı rayonunda gecə saatlarından davam edən güclü leysan gecə saatlarında sulu qar, daha sonra isə qarla əvəzlənib.
Lent.az APA-ya istinadla xəbər verir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.
Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat, Ərçiman, Pirqulu, Keçməddin dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.
Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.