Ağsuda zəlzələ oldu -YENİLƏNİB
18 yanvar 2026 10:02 (UTC +04:00)

Ağsuda zəlzələ oldu-YENİLƏNİB

0

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda 3.8 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

saat 09.36

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

***

saat 08.45

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar