Şamaxıda 3 nəfər göldə boğuldu,  2-si öldü
20 iyul 2022 21:45 (UTC +04:00)

Şamaxıda 3 nəfər göldə boğuldu, 2-si öldü

0

Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov həmyaşıdı  Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağaqardaş hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2904

Oxşar yazılar