Şamaxıda 2 maşın toqquşdu: 5 nəfər yaralandı
03 iyun 2025 22:41 (UTC +04:00)

Şamaxıda 2 maşın toqquşdu: 5 nəfər yaralandı

Şamaxıda avtomobil qəzası baş.

Lent.az xəbər verir ki, bu gün saat 21 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar