Şahin Şıxlinskinin yerinə polis polkovniki  gəldi - Azərbaycan diasporunun YENİ SƏDRİ
14 yanvar 2026 10:28 (UTC +04:00)

Şahin Şıxlinskinin yerinə polis polkovniki gəldi - Azərbaycan diasporunun YENİ SƏDRİ

0

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan–Ural” Milli-Mədəni İctimai Birliyi “Azərbaycan–Ural İttifaqı” adlı təşkilatın yeni rəhbəri seçilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu vəzifəyə 69 yaşlı DİN veteranı Kərim Qasımov gətirilib. Qeyd olunur ki, onun namizədliyi bütün həmvətənlərini qane etmir.

Seçkilər yanvarın 10-da Dairə Zabitlər Evində keçirilib.

Qasımov özü azərbaycanlı icmasına rəhbərlik etdiyini təsdiqləyib. Onun sözlərinə görə, seçkilərdə iştirak edən 485 nəfərin yekdil qərarı ilə seçilib. Qasımov bildirib ki, bədxahlar onun haqqında yalan məlumatlar yayıb və səsverməni pozmağa çalışıblar: “Həmvətənləri seçkilərdən çəkindirməyə çalışırdılar, guya ora xüsusi təyinatlılar gələcək və hamını saxlayacaq deyirdilər. Heç nə elə olmadı. Hər şey sakit keçdi.”

Qasımov diasporaya uzun müddət rəhbərlik etmək istəmir. O, “bünövrə hazırlayıb mərkəzi başqa birinə təhvil verməyi” planlaşdırır: “Məndən namizədliyimi irəli sürməyimi xahiş edəndə dərhal dedim ki, hazıram, amma uzun müddət yox. Öz işlərim də kifayət qədərdir”.

Qasımov Azərbaycanın Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1970-ci illərdən Rusiyada yaşayır. SSRİ DİN-in xüsusi məktəbini və Rusiya DİN Akademiyasının Sverdlovsk filialını bitirib. Hüquq-mühafizə orqanlarında 30 ildən çox xidmət edib, polis polkovnikidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar