Şabranda yol qəzasında  velosipedçi öldü
23 iyul 2022 08:54 (UTC +04:00)

Şabranda yol qəzasında velosipedçi öldü

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Şimal bürosuna istinadən xəbər verir ki, Asim Qurbanov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə velosipedçini vurub.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1227
avatar

Oxşar yazılar