Sabirabadda QƏZA: 20 yaşlı qadın sürücü ağır yaralandı
21 dekabr 2025 22:47 (UTC +04:00)

Sabirabadda QƏZA: 20 yaşlı qadın sürücü ağır yaralandı

0

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Yenikənd kənd sakini, 2005-ci il təvəllüdlü Mustafazadə Günay Rafiq qızının idarə etdiyi “Chevrolet” markalı minik avtomobili Əskərbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Famil Əmraslanovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar