Sabirabadda kişi özünü Kürə atdı
02 sentyabr 2023 09:26 (UTC +04:00)

Sabirabadda kişi özünü Kürə atdı

0

Sabirabadda intihara cəhd hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl gecə saat 2 radələrində Cavad kəndində baş verib. Ad və soyadı bilinməyən şəxs burada Kür çayının üzərindəki körpüyə çıxaraq özünü çaya atıb. Hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman ətrafda heç kim olmasa da, xidmətdə olan polis əməkdaşları uzaqdan qaraltını seziblər və dərhal köməyə gəliblər. Həyati təhlükə qarşısında olan adamın huşsuz vəziyyətdə olduğunu görən polis əməkdaşları onu sudan çıxararaq ilk yardım göstəriblər.

Daha sonra isə o, polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanada özünə gələn şəxs gərginliyi aradan qalxdıqdan sonra həyatını xilas edən polis əməkdaşlarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2999

Oxşar yazılar