Sabah Bakıda bu yollar bağlı olacaq -  SİYAHI
02 iyul 2021 16:16 (UTC +04:00)

Sabah Bakıda bu yollar bağlı olacaq - SİYAHI

 Avropa futbol çempioantının dörddəbir final mərhələsində Danimarka və Çexiya milli komandaları arasında iyulun 3-də Bakıda keçiriləcək oyunla bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələri üçün hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, bu məqsədlə təhlükəsizlik tədbirləri müəyyən edilib və icra olunacaq.

Futbol azarkeşlərinin, paytaxt sakinlərinin, avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib:

"Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də, qonaqpərvərliyin mühitinin yaradılması üçün Bakı şəhər Dövlət Yol Polisi əhaliyə,  avtomobil sahiblərinə və sürücülərə təkrarən müraciət edir. Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur. 

Qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik. Məlum olduğu kimi azarkeşlərin Qara Qarayev metrostansiyası yanından, Səməd Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyada isə Koroğlu metrostansiyasından nəzərdə tutulur. Oyunun başlanılması pik saatlara təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyyə olunur. İnanırıq ki hər zaman olduğu kimi bu gündə vətəndaş polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha qiqqətli, ayıq-sayıq olmağı və infirmasiya təhlükəsizliyi qaydalarına riayət etməklə nizam intizamlı olmağı tövsiyyə edirik".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6249

Oxşar yazılar

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

13 aprel 2025 , 21:30
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30