Saatlıda müharibə əlili dərmana görə həkimi döydü
28 avqust 2024 16:59 (UTC +04:00)

Saatlıda müharibə əlili dərmana görə həkimi döydü

Sosial şəbəkələrdə Saatlı rayon sakini, Vətən müharibəsi veteranı, l qrup əlil Həsən Mehtiyevin təzyiqə məruz qalması barədə iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, iddialar əsassızdır və barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir. 

Belə ki, H. Mehtiyev avqustun 25-də saat 21:30-də qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə həkimlərin ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə pereparat verilməsini tələb edib. Həmin gün xidmətdə olan qadın növbətçi həkim Həsən Mehtiyevə tələb etdiyi xüsusi pereparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan Mehtiyev təhqirlərə davam edərək, əlindəki mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.

Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarını nalayiq ifadələrlə təhqir ediblər.
H. Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. 

Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Oxşar yazılar