Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü
01 mart 2024 17:45 (UTC +04:00)

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil azyaşlını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 33 yaşlı Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 8 yaşlı P.Məmişovanı vurub. Sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

# 2400
avatar

Oxşar yazılar