Rusiyanın Samara vilayətində iki polis əməkdaşı rüşvətxorluqda təqsirli bilinir.
Lent.az yerli mediaya istinadla bildirir ki, onlara qarşı Cinayət Məcəlləsinin 290-cı (“Rüşvət alma”) və 291.1-ci (“Rüşvət almada vasitəçilik”) maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, 2019-2024-cü illər ərzində geyim tədarükü şöbəsinin rəisi müqavilələrin bağlanmasına köməklik üçün kommersiya şirkətindən iki milyon rubl məbləğində pul alıb. Bu işdə ona maddi-texniki təchizat şöbəsinin rəisi köməklik edib.
Müstəntiqlər kifayət qədər sübut toplayıblar. Cinayət işi məhkəməyə verilib.