Rüşvətə görə həbs olunan  yüksək vəzifəli məmur   özünü öldürdü
07 aprel 2023 18:11 (UTC +04:00)

Rüşvətə görə həbs olunan yüksək vəzifəli məmur özünü öldürdü

0

Rusiyada “Yakutskenerqo” şirkətinin yüksək vəzifəli rəhbəri İqor Şkurko rüşvət almaqda şübhəli bilinərək saxlanıldıqdan sonra istintaq təcridxanasında ölüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Şkurko martın 30-da rüşvət alanda həbs olunub.

Bundan sonra hakim “Vahid Rusiya” partiyası onun üzvlüyünü dayandırıb. Yerli nəşrlər artıq aprelin 4-də Şkurkonun intihar etdiyini bildiriblər. O da qeyd olunur ki, ölümdə cinayət əlamətlərinə rast gəlinməyib.

Şkurko “Yakutskenerqo”nun texniki rəhbərliyinə cavabdeh idi. O, evli olub, iki oğlu qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3352

Oxşar yazılar