Rüşvət qarşılığında azərbaycanlını buraxan yol polisi HƏBS OLUNDU
09 avqust 2024 10:27 (UTC +04:00)

Rüşvət qarşılığında azərbaycanlını buraxan yol polisi HƏBS OLUNDU

Rusiyanın Moskva şəhərində ölən gəncin qatilini rüşvət qarşılığında sərbəst buraxan yol polisi əməkdaşı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Moskvanın Lyublinski rayon Məhkəməsinin hökmü ilə Dmitri Anatolyeviç Bovtunov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.

Keçmiş yol polisi cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək. O, həmçinin üç il müddətinə dövlət qulluğunda vəzifə tutma hüququndan da məhrum edilib.

Qeyd edək ki, aprelin 17-də axşam saatlarında Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsindəki evlərin birinin girişində səkidə saxlayıb. 24 yaşlı yerli sakin Kirill Kovalev gəncə irad tutub. Azərbaycanlı bu iradına görə Kovalevə hücum edərək, onu döyüb sonra isə qarnına bıçaq zərbəsi endirib və qaçıb. Abbasov ölkədən qaçmağa ümid edib. Bu zaman onu saxlayan yol polisi əməkdaşı rüşvət qarşılığında avtomobili buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15