Rüşvət alan polis idarəsinin rəisi və müavini  saxlanıldı
05 sentyabr 2024 18:15 (UTC +04:00)

Rüşvət alan polis idarəsinin rəisi və müavini saxlanıldı

Rusiyanın Maqnitoqorsk şəhərinin FSB əməkdaşları Orconikidzevski polis idarəsinin rəisi, polkovnik-leytenant Konstantin Penzini saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, departament əməkdaşları Penzinin müavini, polkovnik-leytenant Kayrat Burantayevi də saxlayıb.

Məlumata görə, onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamından rüşvət almaqda ittiham olunurlar. Müstəntiqlərin fikrincə, 2023-cü ilin noyabrında onlar kömək və sonrakı himayə üçün ümumi dəyəri ən azı 77 min rubl olan dəyərli əşyaları rüşvət qismində alıblar.

İstintaq Komitəsi ilə FSB-nin əməkdaşları Penzin və Burantayevin evlərində, eləcə də ofislərində axtarış aparıblar.

Saxlanılan şəxslərə qarşı “Bir qrup şəxs tərəfindən rüşvət alma” və “Vəzifə səlahiyyətlərini aşma” maddələri ilə cinayət işi açılıb. İstintaq onların həbs olunması üçün məhkəməyə vəsatət qaldıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 68130
avatar

Oxşar yazılar