Sankt-Peterburqda və bölgədə genişmiqyaslı reyd keçirilib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 50-dən çox qaraçı şöbələrə gətirilib. Onlardan 35-nə hərbi komissarlığa çağırış vərəqəsi, 20 nəfərə inzibati protokollar verilib.
Polis qərargahının əməkdaşları rayon polisi ilə birlikdə yerli sakinlərin ən çox şikayət etdiyi yerləri, məsələn, Leninqrad vilayətinin Vsevolojsk rayonunun Verxnie Oselki kəndini, köçəri xalqın nümayəndələrinin toplaşdığı yerlərdə yoxlayıblar.
Əməkdaşlar Pulkovskoye şossesində yerləşən apart otelə də baxış keçiriblər. Oradan onlarla insan polis şöbələrinə aparılıb, onların bəziləri inzibati məsuliyyətə cəlb edilib.