Rusiyada polisin güllələdiyi 19 yaşlı azərbaycanlı öldü -  ŞOK VİDEO  - YENİLƏNİB
29 may 2021 22:48 (UTC +04:00)

Rusiyada polisin güllələdiyi 19 yaşlı azərbaycanlı öldü - ŞOK VİDEO - YENİLƏNİB

Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində polisin başından güllə ilə atəş açdığı 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev xəstəxanada dünyasını dəyişib.

Lent.az hadisənin baş verdiyi əyalətin informasiya portalına istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat bildirilib.

“Gənc xəstəxanada özünə gəlmədən öldü. Həkimlər susur, sadəcə dedilər ki, saat 5-də öldü”, xəbərdə vurğulanır.
 

***

15:49

Rusiyada azərbaycanlı gənci polis güllələyib.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, hadisə Novosibirsk şəhərində baş verib. 19 yaşlı gənci polis başından güllələyib. Onun sağ qaldığı, ancaq ağır xəsarət aldığı bildirilir.

Xəstəxanaya yerləşdirilən azərbaycanlının kritik vəziyyətdə olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

Rusiyada polis azərbaycanlı gənci başından güllələdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar