Rusiya Federasiyası Daxili İşlər Nazirliyi beynəlxalq cinayət polisi İnterpolun ölkə ərazisində fəaliyyətini məhdudlaşdıran əmr dərc edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, sərəncama əsasən, İnterpol yalnız “dindirilmələr” və “şəxsi tanınma”, habelə “sorğular” apara biləcək, lakin tam hüquqlu əməliyyat-axtarış tədbirləri həyata keçirə bilməyəcək.
Sərəncam 31 mart 2023-cü il tarixlidir, lakin avqustun 17-də qeydə alınıb və avqustun 18-də dərc edilib.
Rusiya İnterpola 1990-cı ildə qoşulub. Altı ildən sonra Daxili İşlər Nazirliyinin strukturunda İnterpolun Milli Mərkəzi Bürosu fəaliyyətə başlayıb.