Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə  cərimələndi
02 sentyabr 2025 15:39 (UTC +04:00)

Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi

0

Rusiyanın Perm vilayətinin Karaqay qəsəbəsində məhkəmə Azərbaycan Respublikasının 44 yaşlı vətəndaşına hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, ölkədə müvəqqəti olaraq qanuni əsaslarla yaşayıb. Kişi xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında qalma yeri üzrə saxta qeydiyyata alınmasında təqsirli bilinib.

Məlumata görə, yanvar ayında onun 29 yaşlı tanışı ondan Azərbaycan vətəndaşı olan 19 yaşlı həyat yoldaşını mənzilində qeydiyyata salmağı xahiş edib. Bu, onun Rusiyada qanuni qalmasını təsdiqləmək üçün lazım olub və 44 yaşlı kişi razılaşıb.

Pozuntu polis idarəsinin miqrasiya bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri zamanı aşkarlanıb. Məlum olub ki, qadın mənzildə qeydiyyata alınsa da, əslində burada yaşamayıb.

Məhkəmə təqsirləndirilənin peşmançılığını və günahını etiraf etməsini nəzərə alaraq ona 20 min rubl (təxminən 422 manat) məbləğində cərimə təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar