Rusiyada  azərbaycanlı deputatın   kafesi yandı: 15 ölü -  VİDEO  - YENİLƏNİB
05 noyabr 2022 14:47 (UTC +04:00)

Rusiyada azərbaycanlı deputatın kafesi yandı: 15 ölü - VİDEO - YENİLƏNİB

Kostromanın "Poliqon" klubunda 15 nəfərin həyatına son qoyan yanğının iddia edilən günahkarı 23 yaşlı əsgər Stanislav İonkindir. 

Lent.az bildirir ki, bu barədə “Telegram 112” kanalı məlumat yayıb.

Məlumata görə, şəxs sərbəst şəkildə satılan “Ovçu siqnalı” reaktiv raketi ilə klubun binasına atəş açıb. Onun yanğın yerindən qaçdığı və “Poliqon”dan altı kilometr aralıda saxlanıldığı bildirilir.

***

13:42

Rusiya hüquq-mühafizə orqanları Kostromada “Poliqon” gecə klubunda baş verən yanğının səbəbkarı olduğu ehtimal edilən şəxsi saxlayıb. 

Lent.az bildirir ki, bu barədə TASS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

“Polis əməkdaşları Kostroma şəhərindəki əyləncə məkanlarından birində yanğın və insanların ölümü ilə nəticələnən qanunsuz hərəkətdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar”.

Qeyd olunur ki, Kostroma klubunda baş verən yanğının səbəbkarı olduğu iddia edilən şəxs istintaq orqanlarına təhvil verilib.

Digər məlumata görə, Kostromada baş verən yanğında 15 nəfərin öldüyü "Poliqon" gecə klubunda qeyri-qanuni spirtli içkilər satılıb.

***

12:29

Rusiyanın Kostroma şəhərində kafedəki yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, yanğın zamanı 15 nəfərin öldüyü Kostromadakı “Poliqon” kafesinin sahibi vilayət Dumasının deputatı azərbaycanlı İxtiyar Mirzəyevdir.

İxtiyar Mirzəyev yerli dumanın dördüncü, beşinci, altıncı və yeddinci çağırışlarının deputatıdır.

Qeyd edək ki, noyabrın 5-nə keçən gecə Kostromada “Poliqon” gecə klubunda güclü yanğın baş verib. Dam örtüyü 3,5 min kvadratmetr sahədə yanıb. 250 nəfər binadan təxliyə edilib.

Rusiyada azərbaycanlı deputatın kafesi yandı

# 4410
avatar

Oxşar yazılar

Sabirabadda qəza: Ölən və yaralananlar var   -FOTO -YENİLƏNİB

Sabirabadda qəza: Ölən və yaralananlar var  -FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 22:21
1 ailədən 3 nəfər bıçaqlandı -YENİLƏNİB

1 ailədən 3 nəfər bıçaqlandı-YENİLƏNİB

30 yanvar 2023 , 21:55
AZAL Barselonaya uçuşları bərpa edir

AZAL Barselonaya uçuşları bərpa edir

30 yanvar 2023 , 20:39
Rayondan oğurladıqlarını Bakıda satdı

Rayondan oğurladıqlarını Bakıda satdı

30 yanvar 2023 , 19:33
Azərbaycanda restoranda ŞOK:  26 yaşlı qızı zorladılar

Azərbaycanda restoranda ŞOK: 26 yaşlı qızı zorladılar

30 yanvar 2023 , 19:10
Balakən bələdiyyəsində MƏNİMSƏMƏ:  cinayət işi açıldı

Balakən bələdiyyəsində MƏNİMSƏMƏ: cinayət işi açıldı

30 yanvar 2023 , 18:11
Səhlab Bağırov işdən çıxarıldı - YENİ TƏYİNAT

Səhlab Bağırov işdən çıxarıldı - YENİ TƏYİNAT

30 yanvar 2023 , 18:06
Bakıda həbsxanada daha bir ÖLÜM

Bakıda həbsxanada daha bir ÖLÜM

30 yanvar 2023 , 17:45