Rusiya onları həbs edib  Azərbaycana təhvil verdi
28 avqust 2024 19:20 (UTC +04:00)

Rusiya onları həbs edib Azərbaycana təhvil verdi

Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan verilən məlumatda bildirilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 2002-ci il oktyabrın 7-dəki Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Bolayev Fərid Rəşidoviç, Xəlilov Səməndər Sarif oğlu, Babayev Pənah Əhliman oğlu və Məşədiyev İlham Qabil oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyanın ərazisində saxlanılaraq avqustun 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Oxşar yazılar