Rusiya bu azərbaycanlını beynəlxalq axtarışa  verdi
27 mart 2024 15:05 (UTC +04:00)

Rusiya bu azərbaycanlını beynəlxalq axtarışa verdi

Rusiya azərbaycanlını beynəlxalq axtarışa verib. 

Lent.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, Azərbaycanın Masallı rayonundan olan, 53 yaşlı Etibar Sahibov qəsb və soyğunçuluqda ittiham olunur. 

Qeyd edək ki, Etibar Sahibov 2008-ci ildə də Rusiyanın axtarışı əsasında Bakıda həbs edilmişdi. 

# 107160
avatar

Oxşar yazılar