Ukraynada döyüşüb əl-ayaqlarını itirmiş azərbaycanlı döyüşçüyə Rusiya Federasiyasının pasportunun verilməsindən imtina edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, İldırım 2020-ci ildə Azərbaycandan Rusiyaya gəlib, 4 il sonra isə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Döyüş bölgəsində ağır yaralanan kişi bütün ətraflarını itirib.
Hərbçinin sənədləri itirilib. İldırımın döyüşə getməzdən əvvəl Rusiya vətəndaşlığının olub-olmadığı məlum deyil. Lakin döyüş əməliyyatlarında iştirak etdikdən sonra qanuna əsasən bu vətəndaşlıq ona verilməli idi.
Yeni nümunəli sənədin alınması üçün biometrik məlumatlar tələb olunduğundan, əsgərin ətrafları olmadığı üçün ondan bu məlumatların götürülməsindən imtina edilib. Sənədlər olmadığına görə hərbi qulluqçu nə ödənişləri, nə də ona düşən protezləri ala bilib. Lakin hərbçinin hekayəsi mediada dərc olunduqdan sonra ona nəhayət sənəd təqdim edilib.