Xantı-Mansiysk Muxtar Dairəsində məktəbli qız dostu ilə gəzintiyə çıxmaq üçün özünü pəncərədən atıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, ikinci qrup əlil olan 16 yaşlı Uray sakini olan qızı valideynləri evdən çölə buraxmayıb. Qızlarının elektron siqaret çəkdiyini görən valideynləri mənzili bağlayıb. Böyüklər ona xatırladıblar ki, bu yaxınlarda gözündən əməliyyat olunub, ondan sonra nə içki içmək, nə də siqaret çəkmək olar.
Lakin qız rəfiqəsi ilə gəzintidən imtina etməmək qərarına gəlib və çıxış yolunu tapıb. O, pəncərədən girişin damına tullanmaq, daha sonra yerə enmək niyyətində olub. Ancaq cəhdi uğursuz alınıb və məktəbli qız üçüncü mərtəbədən yerə yıxılıb.
Hazırda araşdırma aparılır.