Rayonda su üstündə qaynını güllələyən tutuldu - FOTO
26 iyun 2021 11:36 (UTC +04:00)

Rayonda su üstündə qaynını güllələyən tutuldu - FOTO

0

Goranboyda qaynını güllələyən şəxs tutulub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, M. İbrahimov R. Hacıyevin qaynıdır. Qohumlar arasında münaqişə su üstündə düşüb. 

Məharət İbrahimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1705

Oxşar yazılar