Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhəri ərazisində Qurcana çayına düşən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, məlumat daxil olandan dərhal sonra nazirliyin hadisə rayonuna ən yaxın xilasetmə qüvvələri köməyə cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin çevikliyi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş sağ-salamat çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.