Babayev Nail Tacik oğlu
24 iyun 2021 16:57 (UTC +04:00)

Babayev Nail Tacik oğlu

Rayona qonaq gedən 31 yaşlı kişi itkin düşdü

Abşeron rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Abşeron rayon sakini, 31 yaşlı Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Həmin şəxsin əlamətləri-boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 1734
avatar

Oxşar yazılar