İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
20:23
İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi işləri aparılır.
***
18:50
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.