Nigeriyada populyar radio aparıcısı Titus Badehonu silahlılar güllələyiblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Oyo ştatının adminstrativ mərkəzi İbadan şəhərində qeydə alınıb.
Hadisə barədə Badehonun ölümündən az əvvəl olduğu gecə klubunun meneceri xəbər verib.
Polisin məlumatına görə, yerli vaxtla saat 23:30-da radio aparıcısı dostları ilə gecə klubundan öz maşını ilə getməyə hazırlaşıb. Həmin an maskalı iki şəxs motosikletlə yaxınlaşaraq yolu bağlayıblar. Silahlı həmin şəxslər hamını maşından düşüb yerə yatmağı tələb ediblər.
Nəticədə silahlılar Badehonu güllələyərək oradan uzaqlaşıblar. Onlar digər sərnişinlərə toxunmayıblar.