Qudalar arasında dava düşdü  - SƏBƏB
26 may 2021 21:43 (UTC +04:00)

Qudalar arasında dava düşdü - SƏBƏB

0

Gəncədə döyülmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Şirinov Fədi və onun anası, 1955-ci il təvəllüdlü Şirinova Nazilə müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib. 

İlkin məlumata görə, xəsarət alan şəxslər qudaları tərəfindən döyülüb. Davanın nəvələrə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4664

Oxşar yazılar