Qubada mikroavtobus QƏZASI: 1 ölü, 12 yaralı var
29 avqust 2024 10:17 (UTC +04:00)

Qubada mikroavtobus QƏZASI: 1 ölü, 12 yaralı var

Qubada ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində başverib.

"Ford" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar