Qoyun oğurluğuna "Lexus"la gedənlər tutuldu -  FOTO
03 dekabr 2021 17:51 (UTC +04:00)

Qoyun oğurluğuna "Lexus"la gedənlər tutuldu - FOTO

Şəmkir rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabr ayının əvvəlində rayonun Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayon sakinləri - Kazım İsmayılov, Asiman Salehov və Haqverdi Xıdırov qabaqcadan əlbir olaraq vətəndaşa məxsus tövlənin arxa hasarını sökərək oradan ümumi dəyəri 1220 manat olan 6 baş xırdabuynuzlu heyvanı oğurlayıblar.

Saxlanılan şəxslər törətdiyi cinayət hadisəsini etiraf edərək, oğurladıqları heyvanları H. Xıdırova məxsus “Lexus” markalı avtomobil ilə Bərdə rayonuna apararaq satdıqlarını və əldə etdikləri pulları böldüklərini bildiriblər.

Saxlanılan şəxslərin digər anoloji cinayət hadisələri törətdikləri istisna edilmədiyindən Şəmkir rayon Polis Şöbəsində zəruri-istintaq əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2812

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45