Qonşu qadınlar mübahisə zamanı polis kapitanını döyüblər.
Lent.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Məlumata görə, Moskvanın cinayət axtarış idarəsinin kapitan rütbəli əməkdaşı qonşularından şikayət edib. 37 yaşlı polis kapitanının sözlərinə görə, mübahisə zamanı iki qadın onu döyüb.
Onun sözlərinə görə, biri süpürgəçi, digəri rayon məhkəməsi hakiminin köməkçisi işləyən qadınlarla polis kişi arasında məişət zəminində baş verən münaqişə sonda dava ilə nəticələnib. Nəticədə kapitanın burnu sınıb və o, xəstəxanaya aparılıb. Daha sonra isə hadisə ilə bağlı polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.