Qonşu qadına 29 BIÇAQ SANCDI
23 iyun 2021 23:03 (UTC +04:00)

Qonşu qadına 29 BIÇAQ SANCDI

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

# 5844
avatar

Oxşar yazılar