Polis əməkdaşları yeniyetmələri cinsi əlaqəyə və intihara sövq etməkdə şübhəli bilinən Moskva sakinini saxlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ən azı iki qızın onun qurbanı olduğu məlumdur.
Məlumata görə, 24 yaşlı kişi 2023-cü ilin martından iyul ayına qədər qızlarla müxtəlif cinsi pozğunluqlar mövzusunda yazışmaqda şübhəli bilinir. Xüsusilə, 15 yaşlı qıza cinsi əlaqənin təfərrüatlarını açıqlayıb və onunla cinsi əlaqədə olmağı təklif edib. Bundan əlavə, o, 14 yaşlı qızı intihara razı salıb.
Bu faktlar üzrə 2 cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb.