Qırmızıda keçən qadın sürücü YARALANDI  - VİDEO
22 iyul 2021 02:18 (UTC +04:00)

Qırmızıda keçən qadın sürücü YARALANDI - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

“Seat” markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.

# 4230
avatar

Oxşar yazılar