Aktauda baş verən təyyarə qəzasında sağ qalanların sayı 29 nəfərə yüksəlib.
Lent.az Qazaxıstan mediasına istinadla bildirir ki, onlardan 11 nəfəri rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
***
12:24
Təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən 3 uşaq Aktau şəhərində xəstəxanaya çatdırılıb.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 7 nəfərin vəziyyəti ağır olaraq reanimasiyadadır.