Qəzaya düşən kişi başından travma aldı
22 yanvar 2023 23:40 (UTC +04:00)

Qəzaya düşən kişi başından travma aldı

0

Zaqatalada 31 yaşlı kişini maşın vurub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Muğanlı kənd inzibati ərazisində baş verib. 

Kənd sakini, 1992-ci il təvəllüdlü Qürbət İsa oğlu Hasilovu avtomobil vurub. Q.Hasilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin olaraq başın açıq travması diaqnozu qoyulub. Zərərçəkənin müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3448

Oxşar yazılar