Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.