Qəza ölümlə nəticələndi: Toydan qayıdırmış...  - VİDEO
28 iyul 2021 04:16 (UTC +04:00)

Qəza ölümlə nəticələndi: Toydan qayıdırmış... - VİDEO

 

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin, 1972-ci il təvəllüdlü Hüseynov Anar Heydər oğlu aldığı xəsarətlərdən ölüb.

Məlumata görə, 49 yaşlı kişi Xaçmazdan toydan qayıdırmış. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 4200
avatar

Oxşar yazılar