Qeyri-əxlaqi görüntüləri yayılan qız anasının əlindən alındı - YENİLƏNİB
13 iyun 2024 17:40 (UTC +04:00)

Qeyri-əxlaqi görüntüləri yayılan qız anasının əlindən alındı - YENİLƏNİB

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.

Lent.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, azyaşlı sığınacağa yerləşdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.

Ana ilə bağlı araşdırma davam edir.

***
15:41

Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

Lent.az xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6213
avatar

Oxşar yazılar