Qəbələdə zibilliklərə görə vəzifəlilər cərimələndi - FOTO
15 iyul 2023 13:44 (UTC +04:00)

Qəbələdə zibilliklərə görə vəzifəlilər cərimələndi - FOTO

Qəbələdə məişət tullantılarının urnalardan kənara atılmasının və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən tullantıların urnalara deyil, ətraf əraziyə atıldığı aşkarlanıb.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Həmçinin, rayonun Mirzəbəyli və Aydınqışlaq kəndlərində sənaye həmçinin məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Faktlarla bağlı Mirzəbəyli kəndinin bələdiyyə sədri və Aydınqışlaq kəndinin icra nümayəndəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi isə inzibati tənbeh tədbiri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17547
avatar

Oxşar yazılar